ALTUĞ BERKER: Şeytandan Allaha sığınıram. "Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. (İnsan surəsi, 20)
"Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır. (Rəhman surəsi, 54)
"Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir”...(Muhəmməd surəsi, 15)
"İkisində də iki axar bulaq vardır. (Rahmən surəsi, 50)
"İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik. (Nisa surəsi, 57)
ADNAN OKTAR: İndi istini, soyuğu bilməyən adam sərinliyin, mülayim bir iqlimin ləzzətini bilərmi? Bilməz. İstidən, soyuqdan narahat olacaq. Qiyamətə qədər mülayim bir iqlimin, mühitin dadını biləcək. Yoxsa ona qeyri-adi gələr. Yəni həqiqətən, heç bunları görmədən gedərsə ona qeyri-adi gələr. Kreslo heç bir şeyi ifadə etmir. Kürəyini söykəmək, yataq, çadır bir şeyi ifadə etməz. Mütləq burada bu kursu görəcək, bu təhsili alacaq, inşaAllah.
ALTUĞ BERKER: "Orada taxtlar üzərində söykənmişlər. Orada nə (yandırıcı) bir günəş, nə də dondurucu bir soyuq görərlər". "(Onlar qızıl-gümüş, ləl-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq".
ADNAN OKTAR: Heç bir şey təkamüllə yaradılmayıb. Allah yaradıb. Taxtlar təkamül ilə yaradılmır. Bəzi cahil müəllimlər var ki, axirətdəki yaradılışı da təkamüllə izah edirlər. Taxtlar mebel düzəldilən yerdə düzəldilmir, Allah yaradır.
ALTUĞ BERKER: "Onlar (möminlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar". (Rəhman surəsi, 76)
ADNAN OKTAR: Balışı, yastıqları da yorğan sırıyan düzəltməz. Yorğan sırıyanın etdiyini də Allah edər. Yorğan sırıyan özünün düzəltdiyini zənn edər. Hər yorğanı, yastığı, mebeli, paltarı, hər şeyi Allah yaradar. Baxın, Nəhl surəsi 81-ci ayədə Allah buyurur: "Sizin üçün geyimlər yaratdıq". Çünki paltar həqiqətdə, həqiqi şəkli rəngsiz və şəffafdır. Paltar vəsfi yoxdur. Allahın bizim beynimizdə yaratdığı paltar əsl paltardır. Çöldəki əsli ilə əsla və qəti şəkildə Allahdan başqa heç kim əlaqə qura bilməz. Bir tək Allah maddənin əsli ilə əlaqə qura bilər. Biz yalnız Allahın yaratdığı əks olunmanı görürük.
ALTUĞ BERKER: "Və səbir ediklərinə qarşılıq cənnətlə və ipəklə mükafatlandırmışdır". "…yüngül ipək və ağır işlənmiş atlasdan yaşıl paltarlar vardır. Gümüşdən bilərziklərlə bəzənmişlər". "…orada qızıldan bilərziklərlə və incilərlə bəzənərlər; oradakı paltarları ipəkdir". İnşaAllah. "Onlara möhürlü bir şərab içirdiləcəkdir. Onun möhürü müşkdür. Bu halda yarışmaq istəyənlər, bunun üçün yarışsınlar". "(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər. (O cavan xidmətçilər cənnətdə olanların) bəyənib seçdikləri meyvələr, canları çəkən quş əti". (Vaqiə surəsi, 18, 19-20)
ADNAN OKTAR: Deməli, baş ağrısının olmamasının zövqünü dadmağımız üçün baş ağrısını görməliyik. Məsələn, bu elə bir içkidir ki, müsbət təsiri var, mənfi təsiri isə yoxdur. Cənnət içkisi elə bir içkidir ki, içənlərə ləzzət edər, xoşlarına gələr, ağrı verməz, sağlamlıqlarını pozmaz.
ALTUĞ BERKER: "Tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında", "kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır (istədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər). (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar".
ADNAN OKTAR: Cənnət dünyaya bənzəyir , yəni dünyanı xatırladır. İnsanlar çox da təəccüblənməzlər. Çünki ayədə də bildirildiyi kimi: "biz bənzərini dünyada görmüşdük" deyərlər. Eynisini demir, bənzərini deyir. Lakin rəng keyfiyyəti, görünüş keyfiyyəti təbii ki, çox fərqlidir. Allah deyir: "Heç bir göz görmədi, heç bir nəfs dadmadı". Yəni bizim bildiyimiz, anladığımız tərzdə olmayacaq, inşaAllah.
ALTUĞ BERKER: "Şübhəsiz ki, Biz onları başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik".
ADNAN OKTAR: Baxın Quran, sevginin əhəmiyyətini, qadının gözəlliyini necə də gözəl vurğulayır. Sevginin, məhəbbətini, gözəlliyini, yəni Quran bir qadını ehtirasla sevməyin, eşqlə sevməyin necə bir nemət olduğunu vurğulayır. Yoxsa heç bir mənası olmaz. Başqa cürə ət yığını olar, ət, sümük yığını olar. Allah sevginin, məhəbbətin əhəmiyyətinə diqqət çəkir. Allah Təala, əsl zövqü və gözəlliyi verən ruhani güc, ruh gücü, iman gücü olduğuna diqqət çə