Hörmətli Adnan Oktarın 9 yanvar 2013-cü ildəki söhbətindən İslam Birliyi ilə əlaqədar ayələrin şərhləri.
ADNAN OKTAR: Hucurat surəsi 10-cu ayə. Gülgün hocam, buyurun.
GÜLGÜN XANIM: Qovulmuş şeytandan Allaha sığınıram. "Möminlər ancaq qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin və Allahdan qorxub çəkinin. Ümid edilər ki, əsirgənəsiniz". Hucurat surəsi, 10.
ADNAN OKTAR: Arasını deyərkən, məsələn, Suriya ilə aramız necə düzələr? Birləşincə. İraqla? Birləşincə. Pakistanla? Birləşincə. Deməli, müsəlmanlar birləşəcəklər. Ayrılıq varsa, o ayrılıq aradan qaldırılacaq, düzəldiləcək. Baxın, "arasını" deyir. Və "düzəldin" deyir. Əyrilik varsa, qopuqluq varsa, əlaqə qopuqluğu varsa, onu düzəldirsən, birləşdirirsən, qardaş kimi olursan.
Ənfal surəsi 46.
BƏRİL XANIM: "Allah və Rəsuluna itaət edin və bir-birinizlə çəkişməyin. Qorxub zəifləyər, gücünüz gedər. Səbir edin. Şübhəsiz, Allah səbir edənlərlə bərabərdir".
ADNAN OKTAR: &nb