Hörmətli Adnan Oktarın 24 dekabr 2010-cu il tarixli müsahibəsindən Şuəra surəsi ilə əlaqədar verdiyi izahlar.
ADNAN OKTAR: "Rəhman və Rəhim olan Allahın adı ilə. Diqqət edin "Rəhman və Rəhim olan", sırf bu sözlər belə insanın qəlbində rahatlıq yaradır, "Rəhman və Rəhim" yəni "Qoruyan və mühafizə edən Allahın adıyla”. Surənin başlığı Allahın şəfqət və qoruyuculuğunu ifadə edən sözlərlə başlayır. "Ta, Sin, Mim. Bunlar aydın Kitabın ayələridir." Xurafatçılar, bəs Quranı başa düşmək olmaz deyirsiniz? Budur, Allah: "aydındır"-deyir. Sizə inanaq yoxsa Qurana inanaq? Əlbəttə ki, Qurana inanmalıyıq. "Onların iman gətirmədiyinə görə özünü həlak edəcəksən?". Yəni Allah Peyğəmbərimiz (s.ə.v)-i xəbərdar edir. Çünki Peyğəmbərimiz (s.ə.v) ölü adama dini izah edirdi. Peyğəmbərimiz (s.ə.v) çox sevgi dolu, şirin (canayaxın) bir Peyğəmbərdir. O, həqiqətən də çox doğmadır (şirindir). Çox həssas idi, həddindən artıq çox kədərlənird