Maddəyə dair malik olduğumuz bütün məlumat beynimizin içində elektrik siqnallarının şərhi nəticəsində meydana çıxan informasiyadır.
Həyatımız boyu maddənin beynimizdəki görüntüsü ilə təmasda oluruq. Ancaq maddənin xəyal olduğunu demək, maddənin olmadığı mənasına gəlmir. Xarici aləmdə maddə vardır, amma biz maddənin xarici aləmdəki halı ilə deyil, beynimizdəki görüntüsü ilə təmasda oluruq. Bu, elmin və İslam alimlərinin dilə gətirdiyi həqiqətdir.
Maddənin bu həqiqətini izah etmək isə sofistika deyil. Sofistika kimi də adlandırılan bu cərəyanın xüsusiyyəti maddənin varlığını tamamən inkar etməsidir və bu, batil düşüncədir.
Amma maddənin xəyal şəklində mövcud olmasını ifadə etmək İslam alimlərinin əsərlərində izah etdikləri, elmi dəlillərin də ortaya qoyduğu həqiqətdir.
Gördüyümüz bütün varlıqlar – dağlar, ovalar, çiçəklər, insanlar, dənizlər, bir sözlə, gördüyümüz hər şey, Allah'ın Quranda var olduğunu, yoxdan var etdiyini bildirdiyi hər varl