Fil balıqları Afrikanın isti və palçıqlı sularında yaşayırlar. Bu balıqlar qaranlıq və bulanıq sularda yönlərini təyin edərək qida tapmaq üçün zəif elektrik sahələrindən istifadə edirlər. Başlarının üzərindəki çıxıntılı hissədə elektrik qəbulediciləri vardır. Qəbul edilən elektrik siqnallarının birləşdirilməsi üçün bir çox proseslər tələb olunur. Bu xüsusiyyəti sayəsində balıq tamamilə qaranlıq mühitdə bir cismi uzaqdan tanıya bilir, yaxud da ölü orqanizmlə canlı orqanizmi bir-birindən ayırd edə bilir.
Fil balığının filin burnunu xatırladan orqanı, əslində, burun deyil; alt çənənin uzanmış hissəsidir. Buruna bənzəyən bu çənədə ətrafdakı cisimləri həssaslıqla hiss edən 500-dən çox elektrik qəbuledicisi var. Bu xüsusiyyəti sayəsində balıq gecələr ov edə bilir.
Fil balığının çənəsi, əslində, göz funksiyası yerinə yetirir. Əzələ hüceyrələri müntəzəm şəkildə bir neçə volt gücündə elektrik siqnalları istehsal edir. Balıq saniyədə 80 dəfə bu batareyanı yandırıb-söndürərək ətrafına b