ADNAN OKTAR: Mümin surəsi, 4-cü ayə "Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər". Bax, "Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər". Yəni Allah: "Dinə, İslama qarşı bütün gücləriylə mübarizə apararlar" deyir, "yazılı da olsa, şifahi də olsa, hərəkəti də olsa, yaxud zorakılıqla da olsa mübarizə apararlar" deyir. "Elə isə onların şəhərlərdə gəzib- dolaşmaları səni aldatmasın". Yəni: "Onların göstəriş xətrinə yürüş etməsi, göstəriş etməsi, küçələrdə aksiya keçirmələri səni aldatmasın" deyir. Bax, Allah: "Elə isə onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın" deyir. Kütləvi yeriyişlər etmələri və yaxud başqa cür. "Onlardan əvvəl Nuh qövmü də elçiləri yalançı saydı və özlərindən sonra (çoxsaylı) firqələr də. Hər ümmət öz elçilərini yaxalamağa qəsd etdi". Hz. Mehdi (ə.s)-ın niyə yaxalanacağını, niyə həbsə atılacağını da, buradakı ayədən başa düşürük. Bax: "Öz elçilərini yaxalamağa qəsd etdi" deyir. Allah: "Hər bir ümmət bunu mütləq etdi" deyir. "Haqqı onunla qüvvədən qaldırmaq məqsədiylə, “batilə əsaslanaraq” mübarizəyə girişdilər". Yəni darvinist, materialist işlər gördülər, yaxud da buna bənzər. "Mən də onları yaxaladım. Artıq Mənim cəzam necəymiş!" deyir. "Gördülər" deyir. 8-ci ayədə: "Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et". "Deməli, insanlar cənnətə həyat yoldaşlarıyla birlikdə gedirlər. Bax: "Atalarından, zövcələrindən". "Zevcetin" deyir: Zövcə, zevcetin. "Zövcələrindən və nəsillərindən əməlisaleh olanları da". Yəni səmimi olanları da. "Həqiqətən, Sən, üstün və güclü olan, hökm və hikmət sahibisən". Allahın üstün və güclü olması möminlər üçün bir nemətdir. "Hökm və hikmət sahibisən. Və onları pisliklərdən qoru. O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz, böyük “qurtuluş və xoşbəxtçilik” də budur. "Sən onları pisliklərdən qoru", yəni hər cür çətinlikdən. "O gün Sən kimi günahlarının cəzasını çəkməkdən azad etsən, ona rəhm etmiş olarsan. Məhz böyük “qurtuluş və xoşbəxtçilik” də budur". Qiyamətdən sonra, ölümdən sonra Allahın verəcəyi rahatlıq, komfort həyat və dinclik Quranda nemət olaraq ifadə edilmişdir. "Şübhəsiz ki, kafirlərə belə xitab ediləcəkdir: "Allahın sizə olan qəzəbi, əlbəttə ki, sizin özünüzə o