Musiqisi / Music : Cavanşir Quliyev
Sözləri / Lyrics : Bəxtiyar Vahabzadə
Bir payız axşamı yağırdı gur yağış,
Saplandı könlümə alovlu bir baxış,
Qamaşdı gözlərim baxdıqca ona:
Gözlərdə nə əfsun, gözlərdə nə məna!..
Bir payız axşamı iki qəlb bir oldu,
Buludlar dağıldı, dəryalar duruldu...
Nəğmələr pıçıldayır göy mənə, yer mənə:
Sevirəm, ey həyat, sirrin ver mənə!..
Döyündü ürəklər: mən baxdım, o baxdı.
Mən ona yaxındım, o məndən uzaqdı...
O susdu, dinmədi, danışdı baxışlar,
Baxışı könlümə bağladı naxışlar.