Haqqında : Film aktyor Rasim Balayevin kinoda ilk böyük işidir.
Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər.
Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər.
Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.[2]
Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir"[3]
Film 2010-cu ildə bərpa edilmişdir.[4]
Film 2019-cu ilin dekabrında Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun sifarişi və dəstəyi ilə "Balans" Milli Rəqəmsal Bərpa Studiyasında tam bərpa edilib.[5]
Rollarda : Rasim Balayev
İsmayıl Osmanlı Xalidə Quliyeva
Kamal Xudaverdiyev Tofiq Mirzəyev
Almaz Əsgərova Səməndər Rzayev
Məmmədrza Şeyxzamanov
Yusif Vəliyev Muxtar Maniyev
Əbdül Mahmudov Tariyel Qasımov
Tariyel Qasımov Gümrah Rəhimov
Əfrasiyab Məmmədov
Səyavuş Şəfiyev Hafiz Fətullayev
Sadıq Həsənzadə Dadaş Kazımov
Mayak Kərimov Telman Adıgözəlov
Məmməd Əlili Əhməd Əhmədov
Ramiz Məlikov Sadıq Saleh
K. Rəsulova F. Sekandçed
R. İbrahimova N. Zeynalova
Rüstəm Rüstəmov Rəna Səlimova
Elxan Ağahüseynoğlu
Nadir Əzməmmədov Aqşin Rəsulov
Fərəc Fərəcov Yusif Haqverdiyev